Hər hansı ərazi üçün xarakterik olan və ildən-ilə təkrarlanan hava rejimi.
İ., əsasən, coğrafi enlikdən və bununla əlaqədar Yer səthinin konkret sahəsinin il ərzində Günəşdən aldığı enerjinin miqdarından asılıdır. Fiziki-coğrafi şəraitin də (dənizə yaxınlıq, okean cərəyanları, hakim küləklər, ərazinin hündürlüyü və s.) İ.-ə böyük təsiri var. Yer kürəsinin İ.-i qurşaqlara, makroiqlim, mezoiqlim və mikroiqlim kimi kateqoriyalara bölünür. İ.-i iqlimşünaslıq elmi öyrənir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti