Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

iqlim terapiyası

yun. therapeia – müalicə

İqlim-hava amillərindən ayrı-ayrı xəstəliklərin müalicəsi və profilaktikası məqsədilə istifadə edilməsi.

İ.T. və profilaktikasının nəzəri əsasını ümumi iqlimşünaslığın tətbiqi sahələrindən biri olan tibbi iqlimşünaslıq təşkil edir. İ.T.-nın əsas növləri belioterapiya (günəş vannaları), aeroterapiya (hava vannaları) və talassoterapiyadır (dəniz vannaları). İ.T. kurort, pansionat, sanatoriya, istirahət evləri və s. sağlamlıq ocaqlarında tətbiq olunur.

Coğrafiya terminləri lüğəti