1. Dil ilə söyləmə, ifadə etmə, dili ilə təsdiq etmə, etiraf.
2. Öz sözündə, əhdində möhkəmlik, dayanıq, səbat, sədaqət, vəfa. □ Aşinələr ixtilatında sədaqət görmədim; Beyəti-iqrari-imani-dəyanət görmədim? (M.P.Vaqif).
3. Təsdiq, etiraf, qəbul. □ Bilmirəm siz məndən nə kimi xəyanətlərimin iqrarını tələb edirsiniz. (M.S.Ordubadi).
4. Qərar, qənaət, hökm. □ Hükəmanın da iqrarı bunadır ki, başın çanağı nazikləşib kiçildikcə, beyin də zəifləşməyə və kiçilməyə başlayır. (C.Məmmədquluzadə).