İs... ilə başlayan kişi adlarının əzizləmə və oxşama məzmunlu kiçildilmiş formasıdır.
Sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Addan soyad da formalaşmışdır. Adın daşıyıcıları arasında tanınmış yazıçı, nasir, kinossenarist İsi Məlikzadə (1934–1995) bu gün də sevilə-sevilə seyr edilən otuza yaxın filmin ssenarisinin müəllifi olmuşdur. Onların arasında “Alma almaya bənzər”, “Ağ atlı oğlan”, “Evlənmək istəyirəm” və s. göstərmək olar.
Azərbaycan şəxs adlarının izahlı lüğəti