►Pis, ağır, çıxılmaz vәziyyətә düşmәk, zәiflәmək, vəziyyəti xarablaşmaq.
İfadә qәdim türk xalqlarının bəlli inancı ilə bağlı yaranmışdır.
Bu inanca görə, hər bir predmet nә qәdәr quru qalırsa, bir o qәdәr çox təsir gücünə malik olur. Qәdimdә duanı vә s.-ni yaş olmaqdan, nәmdən qoruyurdular. Əsas məqsəd o idi ki, nәm olub öz təsir gücünü itirmәsin.
İnsanlarda daim belə bir inam olub ki, nәmişlik, yaş olma falçının, ovsunçunun gücünü әlindәn alır. Әn qәdim kosmoqonik təsәvvürə görә, belə bir dixotomiya mühüm olmuşdur: a) ağ, quru, kişi – yuxarı//üst tәrәf; b) qırmızı, yaş, qadın – aşağı//alt tәrәf.
Prof. M.Adilov bu ifadәnin dilimizdəki «gönü suya vermәk» ifadәsi ilә әlaqәsinin olduğuna diqqәti cәlb edir. Onun fikrincə, dilimizdә işlәnәn «şәlәsini (gönünü, dәrisini) sudan çıxarmaq», «sudan quru çıxmaq» vә s. ifadәlәrdәn dә aydın olur ki, «su», «yaş», «nәm» vә s. mәfhumlar evfemistik mәna daşıyır.
Məsəllər, deyimlər