ism sözündən olub ad deməkdir. Qrammatikada canlı və cansız əşyaların adını bildirən nitq hissəsinin adı isim də bununla əlaqədardır.
Dilimizin fonetik quruluşuna uyğun dəyişərək isim şəklinə düşmüşdür. İsmi kişi adı əslində adı olan, adı ilə tanınan mənasındadır. Bu gün məişətimizdə unudulmaqda olan şəxs adlarındandır. İsmi vaxtilə yalnız Azərbaycanda deyil, ümumiyyətlə Cənubi Qafqaz və İran üçün səciyyəvi titullardan olmuşdur. Məlum olduğu kimi, Azərbaycan şəxs adları sistemində tituldan formalaşmış kifayət qədər antroponim mövcuddur. İsmi də bu qəbildən olan kişi adları sırasındadır. Bu gün artıq dilimizin antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan, yalnız soyadlarda yaşayan kişi adlarındandır. Addan formalaşmış İsmiyev, İsmizadə soyadlarının kifayət qədər geniş yayılması adın elə də uzaq olmayan keçmişə qədər populyar olduğuna dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti