Reklam
Reklam

Etimologiya lüğəti

istiot

1. Bu söz mənbələrdə ısı ot kimi yazılıb. İsti ot sözlərindən əmələ gəlib: “yan­dıran ot (bitki)” deməkdir. Gicitkan sözünün ısırğan (dalayan, yandıran) sinonimi də mövcud olub. Görünür, o da “yandırmaq (qıcıqlandırmaq)” anlamı ilə qohum sözdür.

2. Başqa bir yozum: sözün ikinci komponenti ot yox, od olub (qabaq od yerinə, ot da işlədilib), sinonimlər birləşməsidir, “yandıran” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti