Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ithaf

Əsərin əvvəlində onun kimin şərəfinə və ya nə mü­na­sibətlə yazıldığını göstərən qeyd.

Qədim dövr ədəbiy­ya­tımızda əksər poemalar dövrün hökmdarlarına ithaf edilirdi. İthaf müxtəlif məzmun və formada ola bilər. Məsələn, C.Məm­­mədquluzadə “Qurbanəli bəy” hekayəsini Qoqola ithaf etdiyini bildirmək üçün hekayənin başlanğıcında epiqraf şəklində belə qeyd verib: “Qoqol, Allah sənə rəhmət eləsin”.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti