ing. lost generation, rus. потерянное поколение
I Dünya müharibəsindən sağ çıxmış, lakin mənən şikəst edilmiş gənclərə şamil olunan anlayış.
Bu gənclərin həyatı E.Heminquey, E.M.Remark, E.Paund, F.S.Fitscerald, Ş.Anderson, T.Vulf kimi yazıçıların yaradıcılığının leytmotivini təşkil edir. İ.N. 17-18 yaşında cəbhəyə çağırılmış və bu yaşda qan tökməyə başlamış gənclərdir. Onları “müharibənin nəzərə alınmamış qurbanları” da adlandırırlar. Müharibədən sonra bu insanlar çox vaxt sülh şəraitindəki həyata alışa bilmir, içkiyə qurşanır, özlərinə qəsd edir, dəli olurdular. İfadənin müəllifi kimi, adətən, Amerika yazıçısı və ədəbiyyat nəzəriyyəçisi Gertruda Stayn göstərilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti