Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

kağ1

Cəbrayıl, Meğri, Zəngilan

Qışda qoyun və quzuların saxlandığı üstüörtülü yer. □ Fərzalı qoyunu kağa yığdı (Zəngilan); Qoyunu əvvəlimci dəfə payızın qafsında kağa yığılla (Meğri).

kağ2

Naxçıvan, Şahbuz, Şərur, İrəvan

Alaq. □ Əkinin kağın çəkirik ki, təmiz olsun (Şahbuz).

Həmçinin bax:

Azərbaycan dilinin dialektoloji lüğəti