türk. kalmak, qalmaq
Nikaha girərkən gəlinin tayfasına, sonralar isə valideyn və ya qohumlarına verilən pul, yaxud mal.
K. gəlinin işçi qüvvəsi olaraq ailəsi üçün itirilməsi əvəzində və onun cehizinə sərf olunan vəsaitin kompensasiya edilməsi məqsədilə verilib. Bu ənənə postsovet məkanında Orta Asiya, Sibir və Qafqaz xalqları arasında geniş yayılıb, bir çox Şərq xalqlarında hazırda da qalır. Azərbaycanda K. başlıq adlanır.
Tarix terminləri lüğəti