yun. kalos – gözəllik + yun. grapho – yazıram, çəkirəm
Təsviri incəsənətin bir növü; gözəl, səlis, ornamental xətlə yazı.
K. Şərq ədəbiyyatı və incəsənətində qədimdən inkişaf edib, kitabların üzlüyü və səhifələri kalliqrafik naxışlarla bəzədilib. Jurnalistikada K.-nın imkanlarından qəzet və jurnal adlarının yazılışında, nəşrlərin qrafik modellərinin hazırlanmasında, habelə yeni şrift növlərinin yaradılmasında istifadə edilir.
Jurnalistika terminləri lüğəti