1. Klassik ədəbiyyatda mədən yeri, mədən mənalarında işlənmişdir. □ Hər kanda əgərçi ləl çoxdur; Bir ləl ki, layiq ola, yoxdur. (M.Füzuli).
2. Məcazi mənada: mənbə, məxəz. □ Söylədi zahid: ey vəfa kanı! Bir qızım var ki, bu cahan canı. (S.Ə.Şirvani).
3. Məcazi mənada: mənbə, məxəz bəzi tərkiblərdə işlənir. □ Kani-hümmət, kani-qeyrət, kani-şəfqət bizlərik. (C.Cabbarlı).