Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

kan fars

Mədən yeri, mədən; bir şeyin çox olduğu yer; mənbə, məxəz.

Dastanlarda “bu dünya” mənasında da işlənir.

İbtida eyləyib girdim meydana,

Aşıqlar ustadı, görün, handadı?

Pünhan dərdlərim çoxdu canımda,

Dürr-gövhərlərim hələ kandadı.

                                            (“Qurbani”)

                             *

O qızın dərd-səri çoxdu canımda,

Gövhərli sözlərim hələ kandadı.

                  (“Qurbani. Diri versiyası”)

                             *

Elmin mədənisən, kərəmin kanı,

Sənsən bu dünyanın dari-imanı...

                                             (“Qurbani”)

                            *

Kəsdireydim yasdığının yanını,

Bir tutaydım kipriyinin sayını,

Nə tapıbsan kor yuxunun kanını?

Oyan, Əslim, üzdə xalın sevdiyim!

                                      (“Əsli və Kərəm”)

Həmçinin bax:

Azərbaycan dastanlarının leksikası