1. Yararlı, işəyarar, karagələn. □ Karlı adam.
2. Məcazi mənada: güclü, böyük, möhkəm, bərk, təsirli. □ Karlı yara. Karlı yumruq. Karlı söz.
3. Zərf kimi: məcazi mənada güclü, böyük, möhkəm, bərk, təsirli. □ Gec kəsər, karlı kəsər; Bir məzlumun ahı səni. (Atalar sözü).
4. Xeyirli, faydalı, qazanclı, istifadəli. □ Cibim boş, ümid yerim yox! Zəmanə şuluqluq, .. bir karlı iş yox, filan yox! (Mir Cəlal).
5. İşbacaran, işgüzar; daha bacarıqlı, daha işlək. □ Həcərin karlı qardaşları vardı. (“Qaçaq Nəbi”).