Yerin müəyyən dərinliklərində suyun süxurları yuması nəticəsində yaranmış və Yer səthi ilə əlaqəsi (bir və ya bir neçə çıxışı) olan boşluq.
K.M. əksər hallarda üfüqi və maili dar keçidlərdən, qollardan, dəhliz və zallardan ibarət mürəkkəb quruluşa malik olur. Planetin ən böyük K.M. olan Mamont-Flint ABŞ-da yerləşir. Onun tədqiq olunmuş sahədə uzunluğu 590 km-ə, dərinliyi 115 m-ə çatır. Azərbaycanda isə böyük K.M.-larına Azıx, Tağlar misal ola bilər.
Coğrafiya terminləri lüğəti