Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

katarsis

yun. katarsis – təmizlənmə

Oxucuda (tamaşaçıda) xeyirxahlıq, paklıq duyğuları, gələcəyə ümid, islah olunmaq arzusu yaradan faciəvi sonluq; tragizmin yüksək forması.

Bu termini elmə ilk dəfə Aristotel (“Poetika”) gətirib. Fəlsəfədə, etikada, təbabətdə müxtəlif mənalar kəsb edir. Aristotelə görə, tamaşaçı faciəyə baxdığı zaman oradakı hadisələrdən təsirlənib həyəcan keçirir, faciə qəhrəmanına rəhm edir və onun taleyi qayğısına qalır. Bu hal tamaşaçını K.-ə gətirib çıxarır, yəni onun qəlbini təmizləyir, tərbiyə edir və ucaldır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti