Reklam
Reklam

Tarix terminləri lüğəti

kazarma

it. caserma < lat. casa – koma, çadır

Hərbi hissələrin şəxsi heyətini daimi yerləşdirmək üçün tikili, bina.

K.-da, bir qayda olaraq, yataq, məişət xidməti və tədris otaqları yerləşir. İlk K.-lar hələ Qədim Roma və Karfagendə mövcud olub. XVI–XVII əsrlərdə nizami ordunun yaranması ilə əlaqədar Avropa ölkələrində (əvvəlcə İspaniya və Fransada) yenidən hərbçilər üçün xüsusi binaların tikintisinə başlanıb. Bu vaxta qədər əsgərlər, sadəcə, əhaliyə məxsus mənzillərdə yerləşdirilib.

Tarix terminləri lüğəti