Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

keçinmək1 [keçimməx'] feil

1. Dolanmaq, yaşamaq, güzəran etmək, baş saxlamaq. □ Birtəhər keçinirəm. Qurdla qoyun bir yerdə keçinməz. (Atalar sözü).
2. Birisi ilə (istər-istəməz) dinc yaşamaq, yola getmək; yola vermək. □ Belə bir vəziyyət içərisində katib Sübhanverdizadə ilə bir növ keçinməyi qərara aldı. (S.Rəhimov).

keçinmək2 [keçimməx'] feil

Ölmək. □ Səhər üzü idi, dağlardan əsən sübh küləyinin nəfəsi üşüdür, Afaq isə artıq keçinirdi. (Ə.Məmmədxanlı).

Azərbaycan dilinin izahlı lüğəti