Ağdaş, Yevlax, Zərdab
Bax: kadu. □ Bu il həyətimizdə çoxlu kədi əkmişəm (Ağdaş); Səfalı kişi kədi satır (Zərdab).
Qazax, Tovuz
Hananın hissəsi. □ Kədi quru ağaşdan olor (Qazax).
Ağdam, Gədəbəy, Qazax
Faraş doğulmuş buzov. □ Gördün dana ha döy, kədidi (Gədəbəy); Kədiyi kəsdix', pütün yağdı (Qazax).
Azərbaycan dilinin dialektoloji lüğəti