Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kəfkir1 [kəfgir] isim fars

1. Xörəyin kəfini götürmək, plov çəkmək və s. üçün işlədilən deşik-deşik alət, böyük qaşıq. □ Göyçək arvad əlində kəfkir aş süzürdü. (Ə.Vəliyev).

2. Duşun, susəpənin deşik-deşik olan hissəsi. □ Su, kəfkirin yekə bir deşiyindən fışqıraraq töküldü. (M.Hüseyn).

kəfkir2 [kəfgir] isim fars

Yuxarı ucu hərəkətsiz bir nöqtəyə bərkidilmiş yellənən mil, ox (divar saatlarında). □ Divar saatının kəfkiri.

Azərbaycan dilinin izahlı lüğəti