fars. kakul
1. Bəzi quşların başında topa şəklində tük; // at və bəzi heyvanlarda qulaqları arasından sallanan tük topası.
2. Kişilərdə alına tökülən saç. (“Koroğlu” dastanının lüğəti)
Dastanlarda qadınların kakilindən də söz açılır.
Qırat, sənin oynaxların
Baharıla yaz olaydı!..
Kəkilin müşgün ənbəri,
Boyun səlminaz olaydı!..
(“Koroğlunun Bayazid səfəri”) (“ Bəşir Əsəd oğlu”)
*
Eyvazın rüxsarı güldür,
Siyah kəkülü sünbüldür, broy!
Koroğlunu öldürsən, öldür,
Yar, gözünə qurban olayım!
(M.Elyas. “Nəğmələr kitabı”)
Azərbaycan dastanlarının leksikası