Reklam
Reklam

Məsəllər, deyimlər

KƏKLİYİ AZMAQ

►Çox yemәk və qidanı qarışdırmaq nәticәsindә mәdәsi pozulmaq, toxluq etmәk, xәstәlәnmək.

İfadə dilimizdəki «kəhildəmək» sözünün təhrif edilməsi nəticəsində yaranmışdır.

Adәtәn, qәdimlərdә bayram vaxtları müxtәlif evlәri gәzәn vә çoxlu yeyib mədəsi pozulduğundan tez-tez gәyirәnlәr (xәstәlәnәnlər) haqqında evfemistik tәrzdә «bayrambәyi olub» deyirdilər.

Prof. M.Adilova görə, buradakı «kәklik» sözü xalq etimologiyası tәsiri ilә «kәhlik//kәhildәk» ismindәn düzәlmişdir. Dilimizdә azişlənən hәmin tәqlidi ismin tәqlidi feil forması («kәhildәyә-kәhildәyə gəzmək») da vardır.

Göründüyü kimi, «kәhildәmәk» feili «ləhlәmәk» ilə sinonimdir. Bu feildən düzәlәn «kәhlik» ismi də dilimizdə işlәkdir.

Məsəllər, deyimlər