Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

kəlik

fars. kalək

Dəyməmiş, yetişməmiş kal qovun // qovunun, yemişin qabığı yaşılımtıl, əti isə bərk olan növü.

Biçirlər yağıların başını ura yerinin kəliyi kimi. (“Mahru xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)

*

Qara paşa gördü ki, qoşunun başı bostan kəliyi kimi yerlə yeksan olur. (“Zərnişan xanımın Çənlibelə gəlməyi”) (İ.A.,B.A.)

Azərbaycan dastanlarının leksikası