Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kəlmeyi-şəhadət [kəlmeyi-şəha:dət] isim

İlahiyyat. Müsəlmanlığın əsas rəmzi olan “Lailahə illəllah, Məhəmmədün-rəsullüllah” ifadəsi (islam dininə görə hər bir müsəlman yatmazdan qabaq və ya ölərkən və yaxud başqa hallarda bu ibarəni söyləməklə müsəlman olduğunu göstərir). □ Sirat, sual qabaqdadı, nə damaqdı dünyada; Kəlmeyi-şəhadət lazımdı ölən vaxtı dünyada. (Aşıq Ələsgər).

Həmçinin bax:

frazeologizm: kəlmeyi-şəhadəti oxunmaq Azərbaycan dilinin izahlı lüğəti