Qədim müharibələrdə düşməni tutmaq üçün uzaqdan atılan ucu ilməkli uzun ip. (“Koroğlu” dastanının lüğəti)
Hay vurram qoşuna tökülər indi,
Salarlar boynuna indi kəməndi
Görməzsən Mehridən şəkəri, qəndi,
Çıx get burdan, məndən sənə yar olmaz.
(“Koroğlunun Dərbənd səfəri”)
*
Namərd nədir özün öyə?
Meydanda mərd igid söyə?
Qaçıb çıxar olsan göyə,
Kəmənd tullayıb tutaram.
(“Koroğlu ilə Dəli Həsən”)
Azərbaycan dastanlarının leksikası