Reklam
Reklam

Tarix terminləri lüğəti

kəndxuda

kənd + fars. xuda – yiyə, sahib

Keçmişdə bir və ya bir neçə kəndə rəhbərlik edən şəxs.

Sovetləşmə dövrünədək yerli əhali tərəfindən seçilən K.-lar kəndin inzibati işlərini idarə ediblər. Onlar, əsasən, nüfuzlu və varlı kəndlilərdən seçiliblər, çox vaxt gördükləri işə görə məvacib almayıblar. K.-nın xidməti başqa formalarda mükafatlandırılıb; məs.: bəzən kəndlilər bir və ya iki iş günü onun xeyrinə işləyiblər, yaxud taxıl yığımı zamanı hər ailə növbəlilik qaydası ilə K.-nı bir cüt işçi öküzlə təmin edib.

Tarix terminləri lüğəti