Reklam
Reklam

Etimologiya lüğəti

kəpək

Un kəpəyi, baş kəpəyi və s. birləşmələrindəki kəpək sözü, əslində, “qabıq” deməkdir, sonra kəpək formasına düşüb. Unkəpəyi “buğdanın, arpanın qa­ba­ğı”dır, baş kəpəyi “dəridən qopan qabıqcıqlar”dır. Kəpək alma növü də var, çox yumşaq olur və dişləyəndə kəpək kimi ovxalanır. Bu, sözün məcazi mə­nasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti