Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

keş1

Quba

Dərə. □ Yağuşda keşdən su axub gələdü.

keş2

Füzuli, Meğri, Zəngilan

Nəm. □ Yeri keş əkəndə yaxşı bığda olur (Zəngilan); Nə çox quru olmasın, nə də zığ, ona biz keş de:rix' (Füzuli).

keş3

Salyan

Səhər vaxtı (səhər saat 8-dən 10-dək). □ Mən onı keşdən günortayacan gözlədim.

keş4

Yardımlı

Yumşaq. □ Peşkarun yeri keşdü, əkməgə rahatdu.

Azərbaycan dilinin dialektoloji lüğəti