qazax. Kişi juz – kiçik ittifaq
XVI əsrdə Qərbi Qazaxıstanda formalaşmış qazax soylarından və tayfa qruplarından biri.
K.J. üç tayfadan ibarət olub: əlimullar, bayullar və jetiru. Bu tayfalar Sırdərya və Ural çaylarının aşağı axarlarında, İrgiz və Turqay çaylarının qovuşduğu ərazidə, Tobol çayının yuxarı axarında, habelə Muqoc dağlarında köçəri maldarlıqla məşğul olublar. 1731-ci ildə K.J. Rusiya imperiyası tərəfindən ilhaq edilib.
Həmçinin bax:
Tarix terminləri lüğəti