Reklam
Reklam

Məsəllər, deyimlər

KİÇİK ROLLAR YOXDUR, KİÇİK AKTYORLAR VAR

►Kinoda və digər yaradıcılıq sahələrində rolun və vəzifənin böyük-kiçikliyinin deyil, onun necə peşəkarlıqla icra olunmasının əhəmiyyətini vurğulayan ifadə.

İlk dəfə məşhur rus aktyoru Mixail Şepkinin (1788–1863) işlətdiyi ifadə daha sonra görkəmli rejissor, pedaqoq və teatr islahatçısı Konstantin Stanislavskinin (1863–1938) sayəsində məşhurlaşmışdır.

İfa etdiyi rolun böyük-kiçikliyindən asılı olmayaraq səhnədə aktyor peşəkarlığını qabardan bu ifadə ilk dövrdə daha çox teatr və kino, çox sonralar isə televiziya sənəti sahəsində geniş yayılmışdır. Onun əsas mənası görülən işin, verilən tapşırığın böyük və ya kiçik olmasını deyil, keyfiyyətini müəyyən etməyi vurğulamaqdır.

Sonralar məna tutumu genişlənən ifadə məcazlaşmış və ictimai həyatın, insan fəaliyyətinin bütün sahələrində işlənməyə başlamışdır.

Məsəllər, deyimlər