Müxtəlif mövzularda kitabların sistemli şəkildə saxlanıldığı təhsil və mədəniyyət ocağı.
İlk K. M.ö. VII əsrdə yaradılıb. Assuriya hökmdarı Aşşurbanipalın yaratdığı bu K.-da 25.000 gil lövhəcik üzərində mixi yazısı ilə həkk olunmuş mətnlər saxlanılırdı. Antik dövrün ən zəngin K.-sı isə Misirdə yaradılmış İsgəndəriyyə K.-sı sayılırdı. Orta əsrlərdə Azərbaycanda fəaliyyət göstərmiş Marağa, Gəncə, Şeyx Səfi K.-ları Yaxın və Orta Şərqin ən zəngin K.-ları sayılırdı. Hazırda Azərbaycanın ən böyük K.-sı M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasıdır. Milli K. 1923-cü ildə 5 min nüsxə kitabla kiçik bir mənzildə işə başlayıb. İndi K.-nın fondunda 5 milyona yaxın kitab var.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti