kelt. clann – övlad, nəsil
1. Kelt xalqlarında (irlandlar, şotlandlar və uelslilərdə) ümumi əcdada malik nəsil, qohum ailələrdən ibarət qapalı qrup.
Tayfa münasibətlərinin dağılmasından sonra da K. torpaq üzərində ümumi mülkiyyəti və qəbilə quruluşunun bir çox xüsusiyyətlərini (qan düşmənçiliyi, ellik zəmanət və s.) saxlayıb. Şotlandiya və Uelsin bəzi bölgələrində K. sistemi XIX əsrədək qalıb.
2. Müasir ədəbiyyatda (əsasən, xarici) “nəsil”, “qəbilə” anlayışının sinonimi kimi işlənən termin.
3. Məcazi mənada: güclü ümumi maraqlara malik qapalı insan qrupu.
Tarix terminləri lüğəti