Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

klassik

lat. classicus – nümunəvi, seçmə

Ədəbiyyatda və ya incəsənətdə dərin iz qoymuş, əsərləri sonrakı nəsillər üçün nümunəvi sayılan yaradıcı şəxs.

Klassiklərin əsərləri uzun müddət örnək olaraq qalır və tədris olunur. Bu əsərlər bədii-estetik və məzmun cəhətdən öz aktuallığını və əhəmiyyətini itirmir. “Canlı klassik” dedikdə sağ ikən böyük şöhrət qa­zanmış, öz sahəsində yeni bir istiqamətin, cərəyanın əsasını qoy­muş ədiblər və incəsənət ustaları nəzərdə tutulur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti