yun. klon – budaq, törəmə
1. Özündən əvvəl yaradılmış kütləvi informasiya vasitəsini (saytı, qəzeti, jurnalı) forma və üslubca təkrarlayan, onun oxşarı olan media orqanı.
K.-lar istifadəçiləri və oxucuları çaşdırmaq üçün ideoloji məqsədlərlə, yaxud rəqibin bazarına girmək, onu parçalamaq üçün kommersiya məqsədilə yaradıla bilər; məsələn, 2013-cü ildə Ukraynada «Maydan hadisələri» zamanı «Ukrainskaya pravda», «Korrespondent», censor.net.ua və bu kimi populyar internet-nəşrlərin xaricdə qeydiyyatdan keçmiş K.-ları yalan məlumatlar, çağırışlar dərc edir, ictimai rəyi çaşdırmağa çalışırdı. Bu proses «K.-ların müharibəsi» adını almışdı. Bəzən ənənəvi nəşrlərin – qəzet və jurnalların paralel saytlarını da K. adlandırırlar, lakin bu, yanlışdır, çünki həmin saytlar faktik olaraq eyni nəşrin fərqli formada təqdimatıdır.
2. İnformatikada: orijinalı olduğu kimi təkrarlayan proqram təminatı, onlayn-xidmət.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti