Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kollaj

fr. collage – yapışdırmaq

Bədii əsərin ümumi ideya-estetik təsirinin gücləndirilməsi məqsədilə mətnə montaj yolu ilə müxtəlif üslublu mövzuların əlavə edilməsi.

Əsasən, postmodernist romanlara xas üslubdur. Belə ki, əsər xronoloji ardıcıllıqla nəql edilmir, əksinə, fraqmentarlıq (əsərin çoxqatlı kompozisiya quruluşuna malik olması) təqdir olunur. Bu fraqmentarlıq əsərlərin içinə qəzet xəbərləri, şeir, broşür, gündəlik kimi ünsürlərin girməsinə imkan yaradır. İlqar Fəhminin “Bakı haqqında kollaj” əsəri bu üsulla yazılmışdır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti