lat. commendatio – zəmanət vermə, bəyənmə
1. Qədim Romada boş respublika vəzifələrinə senatda öz nümayəndəsini təklif etmək hüququ.
Bu hüquq öncə Yuli Sezar, daha sonra Oktavian Avqust və onun xələfləri tərəfindən mənimsənilmişdi.
2. Erkən orta əsrlərdə Qərbi Avropada özünü başqasının, daha “güclü” şəxsin (patronun) himayəsinə vermək haqqında müqavilə.
Bu halda özünü himayəyə verən tərəf patrondan şəxsi asılılığa düşürdü. K.-nın iki əsas növü olub: vassal tərəfindən senyorun hakimiyyətinin qəbul edilməsi və müflisləşmiş azad insanın (kəndlinin) iri torpaq sahibinin “himayəsi” altına keçməsi.
Tarix terminləri lüğəti