lat. compilatio – qarət
Müəllif tərəfindən müstəqil araşdırma və təhlil aparılmadan başqa müəlliflərin əsərlərindən köçürmə, habelə bu üsulla yaradılmış əsər, yazılmış məqalə.
K.-nın plagiatdan başlıca fərqi onun bir deyil, bir çox mənbədən köçürmələrdən ibarət olmasıdır. Buna görə də kompilyativ əsərlərdə, adətən, faktlar dağınıq, fikirlər arasında əlaqə zəif olur.
Jurnalistika terminləri lüğəti