Sintaktik vahidin (söz birləşməsi və ya cümlənin) tərkib hissələrindən biri.
“Komponent” sözü daha çox mürəkkəb cümləni təşkil edən sadə cümlələr haqqında danışılarkən işlədilir. Söz birləşməsinin tərkib hissələri nəzərdə tutularkən, adətən, “tərəf” sözündən istifadə edilir; məs.: Arzum budur ki, işləriniz uğurlu olsun (iki komponentdən ibarət mürəkkəb cümlə); maraqlı yazı, alagöz, itburnu, qızıl saat (iki komponentdən ibarət söz birləşməsi) və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti