Reklam
Reklam

Fizika terminlər lüğəti

KONDENSOR lat. condenso – sıxlaşdırıram, qatılaşdırıram

Proyeksiya olunan və ya baxılan obyektə düşən işıq dəstəsini toplayan linzalar (yaxud güzgülər) sistemi.

Sferik üzləri bir-birinə baxan iki eyni müstəvi-sferik linzadan ibarət K. daha geniş yayılmışdır. Belə sistemdə sferik aberrasiya az olur. Bəzən paraboloidal, ellipsoidal və s. səthli linzalardan, güzgü və güzgü-linza sistemlərindən də istifadə olunur.

Fizika terminlər lüğəti