Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

könəlgə1

İmişli, Tərtər

Daldalanacaq.  Orda könəlgə düzəldillər ki, so:ğ olmasın (Tərtər); Yağış yağer, bir könəlgə tapax (İmişli).

könəlgə2

Bərdə, Şuşa, Tərtər

Arxa, dayaq. □ Mənim könəlgəm sənsən (Şuşa).

könəlgə3

Meğri

Yardım, kömək. □ İndi qalxuzın bizə könəlgəsi çoxdu.

könəlgə4

Salyan

Meyil, mehr. □ Cavanşir dedi ki, könəlgəmi İsmayılgilə salmışam.

Azərbaycan dilinin dialektoloji lüğəti