Çin filosofu Konfusinin adından
Fəlsəfi məktəb, ideoloji sistem, Şərqi Asiyada ən geniş yayılmış üç dini cərəyandan biri.
K. e.ə. 551-479-cu illərdə qədim Çində yaranıb. Din haqqında bir çox təsəvvürlərə uyğun gəlmədiyi (məsələn, dini institutlarının olmadığı) üçün bəziləri onu din deyil, siyasi-əxlaqi təlim kimi qiymətləndirirlər. Bununla belə, K. əsrlərlə Çində və Koreyada rəsmi ideologiya olub. Bu ölkələrdə, habelə Yaponiya, Vyetnam və s.-də yüz milyonlarla insan onun qoyduğu qaydalarla yaşayır. K.-in əsasları XII əsrə qədər formalaşıb və “Beşlik”, “Dördlük” adlanan toplu kitablarda öz əksini tapıb. K.-də səma – ilahi qüvvə, hakimiyyət – göylərin inayəti, cəmiyyətin yüksək və aşağı təbəqələrə bölünməsi – müqəddəs ədalət qanunu hesab edilir; insanlardan daim mənəvi təkmilləşməyə can atmaq və əxlaq qaydalarına sözsüz əməl etmək tələb olunur.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti