Reklam
Reklam

Tarix terminləri lüğəti

konka

Rels üzərində hərəkət edən at qoşqulu ictimai nəqliyyat vasitəsi.

Ondan sərnişin daşımaq üçün istifadə edilib. K. XIX əsrin əvvəlində ABŞ-da yaranıb, sonra isə dünyanın digər ölkələrinə yayılıb. 1889-cu ildə Bakıda, bir qədər sonra isə Gəncədə K. istifadəyə verilib. Elektrikdən dartı qüvvəsi kimi istifadə edən tramvayın meydana çıxması ilə bu nəqliyyat vasitəsi aradan qalxıb.

Tarix terminləri lüğəti