Bir sözün əsas (leksik) mənasından əlavə, emosional məna bildirməsi; sözün insanda yaratdığı əlavə hiss, təsəvvür.
Konnotasiya anlayışı denotasiya (sözün ifadə etdiyi müstəqim leksik məna) ilə antonimdir. Sözün konnotativ təsiri mədəni kontekstlə sıx bağlıdır. Məsələn it (heyvan) sözünün Azərbaycan dilində həm pozitiv (sədaqət), həm də neqativ (təhqir) konnotasiyası var.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti