Reklam
Reklam

Tarix terminləri lüğəti

konunq

norv. konungr

Erkən orta əsrlərdə Skandinaviya xalqlarında hərbi rəhbər, qəbilə əyanlarının ali nümayəndəsi.

Bu terminin etimologiyası dəqiq müəyyənləşməyib. Müxtəlif tədqiqatçılar onun “icma rəhbəri”, “gənc övlad”, “hökmdarın varisi” və s. anlamlar verdiyini göstərirlər. K. ayrıca tayfanın və ya müəyyən ərazidə yaşayan əhali qrupunun başçısı sayılıb. Vikinqlərin dönəmində (IX əsr – XI əsrin ortaları) isə hər Skandinaviya ölkəsində bir qəbilənin K.-unun yüksəlişi baş verib. O, bütün əhalini özünə tabe edərək digər K.-ları aradan götürüb. Beləliklə, cəmiyyətin feodallaşması prosesində K. tədricən tayfaların hərbi ittifaqının başçısından krala – dövlətin başçısına çevrilib.

Tarix terminləri lüğəti