Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

konversiya [k'anversiya] isim ing., fr. conversion < lat. convertio – çevrilmə, dəyişiklik

1. Vaxtı ilə buraxılmış dövlət istiqrazı şərtlərinin dəyişilməsi (faizin azalması, ödəmə vaxtının dəyişilməsi və s).

2. Hərbi-sənaye şirkətinin xalq tələbatına uyğun məhsullar istehsal edən şirkətə çevrilməsi (yaxud əksinə). □ Konversiya prosesi.

3. Dilçilik. Bir nitq hissəsinə aid olan sözün cümlədə başqa nitq hissəsi kimi işlənməsi; məs., “Ahın göyləri titrətdi” cümləsində “ah” nida olsa da, isim kimi işlənmişdir. □ Konversiya hadisəsi.

4. Kimya. Qaz qarışığının ilkin tərkibini dəyişdirmək üçün qazların yenidən emalı prosesi.

Azərbaycan dilinin izahlı lüğəti