lat. corporatio – birlik
1. Sənətkar və ya tacirlərin (sexlərin, gildiyaların) orta əsrlərdə geniş yayılmış birlik forması.
Böyük Fransa inqilabı öz inhisarçı mövqeyi ilə istehsal qüvvələrinin inkişafını ləngidən sex K.-larını ləğv edib.
2. Konkret məqsədə çatmaq üçün birləşərək müstəqil hüquqi subyekt (hüquqi şəxs) yaradan fərdlərin məcmusu.
Müasir dövrdə səhmdar cəmiyyətləri ilə eyniyyət təşkil edən K.-lar Qərbdə geniş yayılıb. İlk K.-lar XIX əsrin sonunda ABŞ-da dəmiryol tikintisi ilə məşğul olub; hazırda isə onlar bu ölkənin iqtisadiyyatının bütün sahələrində aparıcı yer tutur. ABŞ-ın emal sənayesində əldə edilən gəlirlərin 98%-i K.-ların payına düşür.
Tarix terminləri lüğəti