yun. kosmopolitus – dünya vətəndaşı
1. Hər cür dövlət və milli suverenliyi inkar edən “dünya vətəndaşı” ideologiyası.
2. Milli ənənələrin və mədəniyyətin digər xalqların, ölkələrin ənənələri və mədəniyyətinə münasibətdə hər hansı üstünlüyünü inkar edən, bütün bəşəriyyətin ümumi dəyərlərə malik olması ideyasına əsaslanan baxışlar sistemi.
K. vətənpərvərliyin təzahürlərini insan şüurunun primitiv forması sayır. Bu baxışlar sisteminin kökləri qədim yunan fəlsəfəsi ilə bağlıdır. İntibah və maarifçilik dövrlərində K. ideyaları feodal pərakəndəliyinə qarşı çıxıb (Dante və Kampanella), hər bir fərdin azadlığı ideyasını tərənnüm edib (Kant, Fixte, Lessinq, Şiller). Müasir dövrdə K. – xalqların və dövlətlərin yaxınlaşmasından tutmuş milli mədəniyyət və ənənələrə nihilist münasibətədək ən müxtəlif sosial-siyasi təmayüllərin ifadəçisi kimi çıxış edə bilər.
Tarix terminləri lüğəti