Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

KÖVSƏR ərəb.

kövsar sözündən olub, dilimizdə şirin su, dadlı içki mənasındadır.

Dini rəvayətlərə görə, guya Kövsər Cənnətdə çox saf və dadlı suyu olan bir bulağın, yaxud hovuzun adışdır. Həm şifahi ədəbiyyat nümunələrində, həm də yazılı ədəbiyyatda kövsər suyu (şirin su, dadlı Cənnət suyu mənasında) ifadəsinə tez- tez rast gəlinir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Kövsər adı da bu suyun adındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti