Reklam
Reklam

Məsəllər, deyimlər

KRAL LÜTDÜR

►Hamının eyni mənfi şeyi gördüyünü, lakin riyakarlıq edərək həqiqəti demədiyini bildirən ifadə.

İfadә Danimarka yazıçısı Hans Xristian Andersenin (1805–1875) «Kralın tәzә paltarı» vә ya «Şahın tәzә libası» nağılından götürülərək yayılmışdır.

Nağılda göstәrilir ki, iki fırıldaqçı sözləşib kral üçün ən zәrif parçadan paltar tikәcәklәrini vәd edir. Guya bu paltarı yalnız axşamlar vә ağlı «yerindә olmayanlar» görә bilmәzlәr. Bu yalançı paltarı kral əyninə keçirdikdә bütün saray әhli geyimi tәriflәmәyә başlayır. Әslindә isә heç bir paltar yox idi vә onlar bu geyimi görmürdülәr.

Tәzә paltar geyinmiş kral (әslindә, lüt halda) da heç nəyin fərqində deyildi. O, «zərif» parçadan olan paltarını «geyinib» tez-tez təntәnәli şәkildә şәhәrdә gәzirmiş. Heç kәs axmaq adını özünә götürmәk istәmәdiyindәn onun lüt olduğunu demirdi. Yalnız bir uşaq «kral lütdür ki» dedikdә hamı aldadıldığını başa düşür.

Son illər mətbuatdakı publisistik yazılarda və siyasi şərhlərdə bu deyimə tez-tez rast gəlinir.

Məsəllər, deyimlər